ABŞ F-22-ləri Yaxın Şərqə yerləşdirir
ABŞ İranın İsrailə zərbə endirmək təhlükəsi ilə əlaqədar radar baxımından gözə dəyməyən F-22 Raptor qırıcılarından ibarət eskadranı Yaxın Şərqə yerləşdirməyə qərar verib.
"Operativ Media" xəbər verir ki, bu barədə "Air & Space Forces Magazine" mənbəyə istinadən məlumat yayıb.
"Pentaqon bölgəyə ballistik raket hücumlarının qarşısını almağa qadir olan daha çox kreyser və esmines göndərib, həmçinin yer-hava raket imkanlarını gücləndirə bilər. Bunlar İranın İsrailə hücumunu dəf etmək və ya qarşısını almaq, eləcə də HƏMAS-ın siyasi lideri İsmayıl Həniyənin Tehranda öldürülməsindən sonra bölgədəki ABŞ qüvvələrini gücləndirmək məqsədi daşıyır", - məlumatda deyilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net