Baş Prokurorluq: Bu gün baş verən mina partlayışları ilə bağlı araşdırmalar davam etdirilir

admin
Baş Prokurorluq: Bu gün baş verən mina partlayışları ilə bağlı araşdırmalar davam etdirilir

Xəbər verildiyi kimi, Ağdam rayonu ərazisində təmir-tikinti işləri aparılarkən 2 nəfər şəxsin minaya düşməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olmuşdur.

Baş Prokurorluğdan "Operativ Media"ya verilən məlumata görə Araşdırma zamanı daha bir şəxsin- 1983-cü il təvəllüdlü Səxavət Abduxalıqovun da xəsarət alması müəyyən edilmişdir.

Daha sonra Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində təmir-tikinti işləri aparılarkən traktorun partlamamış silah-sursata dəyərək partlaması nəticəsində traktora maddi ziyan dəyməsi ,lakin hər hansı bir şəxsin xəsarət almaması müəyyən edilmişdir.

Hazırda hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Digər xəbərlər