Menyu

Ərdoğan: Turizmdə qürurverici bir uğur əldə etmişik

Əsəd Abbaslı
Ərdoğan: Turizmdə qürurverici bir uğur əldə etmişik

2024-cü ilin ilk 6 ayında turizmdə qürurverici bir uğur əldə etdik.

"Operativ Media" xəbər verir ki, Prezident Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlama verib:

"Vaxtilə tüstüsüz sənaye adlandırılan turizm dövrümüzdə Türkiyə iqtisadiyyatının lokomotiv sahələrindən birinə çevrilib. Biz turizm sektorumuza qoyduğumuz sərmayələrə görə kifayət qədər mükafat alırıq. Bu yaxınlarda açıqlanan 2024-cü ilin ilk 6 ayı üzrə turizm rəqəmləri bunu bir daha nümayiş etdirdi. Bu dövrdə ölkəmizə gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 14 faiz artımla rekord qıraraq 26 milyon 137 min nəfərə çatıb".

Bundan əlavə, o qeyd edib ki, ötən ilin ilk 6 ayında 93 dollar olan adambaşına bir gecəlik xərcləmənin məbləği bu il 98 dollara yüksəlib.

Teqlər:

"\u018frdo\u011fan: Turizmd\u0259 q\u00fcrurverici bir u\u011fur \u0259ld\u0259 etmi\u015fik"

Əlaqəli Xəbərlər