Menyu

Gürcüstan prezident Saakaşvilini əfv edə bilər

Gürcüstan prezident Saakaşvilini əfv edə bilər
1 dəq oxu

Gürcüstan Prezidenti Salome Zurabişvili Mixail Saakaşvilini əfv etməyi planlaşdırır.

"Operativ Media" xəbər verir ki, bu haqda Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili məlumat verib.

"Prezident bu addımı ilə Vahid Milli Hərəkat Partiyası ilə eyni ittifaqda olduğunu sübut edir. Onlar hakimiyyətə gəlmək istəmirlər. Xaricdən gələn sifarişləri yerinə yetirməyə çalışırlar. Bunun üçün isə güc lazımdır. Buna görə bu kimi cəfəngiyyatlardan danışırlar", - deyə Şalva Papuaşvili bildirib.

Əlaqəli Xəbərlər