İsrail döyüş təyyarələri Beyrutda səs-küyə səbəb olub
Əsəd Abbaslı
İsrail döyüş təyyarələri Livanın hava məkanını pozaraq, Beyrut səmasında alçaqdan uçaraq səs səddini sındıraraq səs bumu yaradıblar.
"Operativ Media" xəbər verir ki, İsrail ordusuna məxsus döyüş təyyarələri Hizbullahın baş katibi Həsən Nəsrullahın saat 17.00-da çıxışından əvvəl Beyrut səmasında alçaqdan uçub.
Beyrutun cənubunda Hizbullahın qalası kimi tanınan Dahiyedə bəzi evlərin şüşələri sındırılıb.
Sosial mediada paylaşılan görüntülərdə Beyrutdakı vətəndaşların adi gözlə səs-küy salan döyüş təyyarələrini görə bildiyi bildirilib.