ABŞ: Gərginliyin azaldılması üçün diplomatik səyləri davam etdirəcəyik
Əsəd Abbaslı
"Birləşmiş Ştatlar Yaxın Şərqdə gərginliyin artmasının qarşısını almaq üçün diplomatik kommunikasiya kanallarından istifadə etməyə davam edəcək".
“Operativ Media” xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirilən növbəti onlayn brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
"Birincisi, biz İranın hücum etməsini istəmirik. Və gərginliyi azaltmaq üçün diplomatik kanallarla işləməyə davam edəcəyik", - Kirbi deyib.
O, diplomatik səylərin Vaşinqtonun müttəfiqləri və tərəfdaşları tərəfindən həyata keçirildiyini vurğulayıb.
Teqlər:
"AB\u015e: G\u0259rginliyin azald\u0131lmas\u0131 \u00fc\u00e7\u00fcn diplomatik s\u0259yl\u0259ri davam etdir\u0259c\u0259yik"