Menyu

Qazaxıstanda 5 dini radikal saxlanılıb

Nərmin Qocamanlı
Qazaxıstanda 5 dini radikal saxlanılıb

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları terrorizmi təbliğ edən 5 radikalı saxlayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.

“Terrorçuluğa qarşı mübarizə çərçivəsində bu ilin iyul-avqust aylarında Milli Təhlükəsizlik Komitəsi polisin köməkliyi və prokurorluğun koordinasiyası ilə Astana şəhəri, Almatı və Qərbi Qazaxıstan vilayətlərində bir sıra tədbirlər həyata keçirib. Nəticədə beş Qazaxıstan vətəndaşı saxlanılıb və məhkəmənin qərarı ilə həbs edilib”, - mətndə deyilir.

İstintaqın məlumatına görə, onlar terrorizmin təbliğində, dini ədavətin qızışdırılmasında və terror fəaliyyətinin təşkili məqsədilə ayrı-ayrı şəxslərin cəlb edilməsində iştirak ediblər. 

Teqlər:

"Qazax\u0131standa 5 dini radikal saxlan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər