Baydenin oğlu rumıniyalı iş adamından milyonlar almaqda ittiham olunur
ABŞ prokurorları ABŞ prezidenti Co Baydenin oğlu Hunter Bayden rumıniyalı iş adamından milyonlar almaqda ittiham olunub.
"Operativ Media" xəbər verir ki, bu barədə vergidən yayınma işi üzrə prokurorluğun məhkəmə sənədlərində bildirilib.
Belə ki, Hunter Baydeni ABŞ-da maraqlarını lobbi etmək üçün rumıniyalı iş adamından bir neçə milyon dollar almaqda ittiham edilib.
Məlumatda Hunter Bayden və onun biznes tərəfdaşlarının 2015-2017-ci illərdə “ABŞ siyasətinə və ölkədəki ictimai rəyə təsir göstərməyə çalışan” rumıniyalı iş adamından “təxminən 3,1 milyon dollar” almasına dair sübutlar təqdim edəcəyini bildirib.