İngiltərədə irqçilik əleyhinə keçirilən etirazlarda 428 nəfər saxlanılıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Böyük Britaniya milli polis şurası məlumat yayıb.
Bildirilib ki, İngiltərədə zorakı hərəkət əleyhdarları bir araya gələrək bir çox şəhərlərdə etiraz aksiyaları təşkil ediblər. Polis davam edən zorakılıq hallarının qarşısını almaq üçün 1300 zabit təyin edib.
Etiraz aksiyaları zamanı 428 nəfərin saxlanıldığını və bu rəqəmin artacağını bildirib.