Rusiyanın Səhiyyə Nazirliyi ölkənin Ukrayna ilə sərhədyanı regionu olan Kursk vilayətinin atəşə tutulması nəticəsində avqustun 6-dan bəri 66 nəfərin zərər çəkdiyini, onlardan 9 nəfərin uşaq olduğunu açıqlayıb.
"Operativ Media" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Kursk vilayətinin tibbi müəssisələrinə 38 nəfər yerləşdirilib ki, onlardan beşi uşaqdır. İkisi uşaq olmaqla 19 zərərçəkmişə ambulator yardım göstərilib.
Xatırladaq ki, avqustun 6-da Ukrayna Silahlı Qüvvələri Rusiyanın sərhəddəki müdafiə xəttini yararaq Kursk vilayətinə soxulub və bir neçə kəndi ələ keçirib. İndiyədək davam edən döyüşlərdə Rusiya ordusu qarşı tərəfi geriyə ata bilməyib. Bölgədə Döyüş əməliyyatları zonasının 400 kvadrat kilometrdən artıq olduğu bildirilir.