Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan qardaşı Aleksandr Sarkisyan, həyat yoldaşı və oğulları prokurorluğa çağırılıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, Aleksandr Sarkisyan, həyat yoldaşı və oğulları qanunsuz əmlakın müsadirə edilməsi ilə bağlı iş üzrə prokurorluğa dəvət ediliblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları onlara məxsus əmlakın müsadirə olunması barədə xəbərdarlıq edib.