Təbii fəlakətlər Çin iqtisadiyyatına ciddi ziyan vurub
Nərmin Qocamanlı
Çində leysan yağışlar və daşqınlar bu ilin iyulunda ötən illə müqayisədə təbii fəlakətlərdən iqtisadi itkilərin təxminən iki dəfə artmasına səbəb olub.
"Operativ Media" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Çinin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, ötən ay baş vermiş təbii fəlakətlər nəticəsində iqtisadi itkilər 88 faiz artıb və 76,9 milyard yuan (10,1 milyard ABŞ dolları) təşkil edib. Bu, 2021-ci ildən bəri ən böyük zərərdir.
Qeyd edilib ki, sel və daşqınlar nəticəsində ölkədə 328 nəfər ölüb və ya itkin düşüb. 1,1 milyon insan didərgin düşüb, 12 min ev dağılıb, daha 157 min binaya ziyan dəyib. Təxminən 2,42 milyon hektar əkin sahəsi də zərər çəkib.
Teqlər:
"T\u0259bii f\u0259lak\u0259tl\u0259r \u00c7in iqtisadiyyat\u0131na ciddi ziyan vurub"