09 Oktyabr 2022, 11:55
Sabah hava yağışlı olacaq
Sabah hava yağışlı olacaq şəkil
Sabah hava yağışlı olacaq

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Media"ya verilən xəbərə görə, oktyabrın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-19° isti, gündüz 23-25° isti, Bakıda gecə 16-18° isti, gündüz 22-24° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq.

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Axşama doğru əksər rayonlarda tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 15-19° isti, gündüz 22-26° isti, dağlarda gecə 2-7° isti, gündüz 8-13° isti olacaq.

Son xəbərlər
"Real Madrid" 1/4 finala yüksəldi
NATO 2025-ci ildə 107 təlim keçirməyi planlaşdırır
"Beşiktaş" norveçli baş məşqçi ilə razılıq əldə etdi
Slovakiyanın Baş naziri yaxın günlərdə Ukrayna Prezidenti ilə görüşə bilər
İspaniyada yoldan keçənlərə bıçaqla hücum edən şəxs zərərsizləşdirilib
“Arsenal” “Roma”nın kapitanını almağa çalışacaq
BMT-nin baş katibi Livana səfər edib
Məşhur rejissor Devid Linç vəfat edib