09 Oktyabr 2022, 12:59
Ukrayna səfiri Zaporojyeyə raket hücumunu Gəncəyə edilən hücuma bənzədib
Ukrayna səfiri Zaporojyeyə raket hücumunu Gəncəyə edilən hücuma bənzədib şəkil
Ukrayna səfiri Zaporojyeyə raket hücumunu Gəncəyə edilən hücuma bənzədib

“Gecə saatlarında rus işğalçıları Zaporojyenin dinc sakinlərinə növbəti dəfə raket zərbəsi endiriblər. Hündürmərtəbəli bina dağıdılıb. İlkin məlumata görə, 12 nəfər ölüb, altısı uşaq olmaqla azı 49 nəfər yaralanıb”.

“Operativ Media" xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladyslav Kanevskyi feysbukda yazıb.

Onun sözlərinə görə, iki il əvvəl Azərbaycanın Gəncə şəhərinin dinc sakinləri də analoji faciəni yaşamışdılar:

“O zaman 2020-ci ilin oktyabrın 4-dən 11-dək olan müddətdə düşmənin mülki infrastruktur obyektlərini atəşə tutması nəticəsində 3-ü uşaq olmaqla 32 Gəncə sakini həlak olmuşdur. Düşmənin hədə-qorxu gəlməsi o zaman işə yaramadı, indi də belə olacaq!”.

Son xəbərlər
Səbinə Əliyeva və Aparatın kollektivi Şəhidlər xiyabanını ziyarət edib
"Real Betis" "Mançester Yunayted"in braziliyalısı ilə anlaşdı
İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxılıb
Qvardiola Vengerin uğurunu təkrarladı
XİN rəhbərliyi və əməkdaşları 20 Yanvar Şəhidlərinin xatirəsini anıblar
Donald Tramp ABŞ-də fövqəladə vəziyyət elan edə bilər
Azərbaycanlı MMA döyüşçüsü yeni təşkilatla anlaşdı
Qəbələdə dağlıq-meşəlik ərazidə yanğın baş verib