Polad Bülbüloğluna Özbəkistanın Xalq artisti adı verilib
Əsəd Abbaslı
Azərbaycanın Rusiyadakı keçmiş səfiri, Xalq artisti Polad Bülbüloğluna Özbəkistanda fəxri ad verilib.
"Operativ Media" xəbər verir ki, bu haqda Xalq artisti Gülyanaq Məmmədova instaqram hesabında paylaşım edib:
“Bu gün Özbəkistanda Polad Bülbüloğlunun “Özbəkistanın Xalq artisti” adı alması münasibəti ilə təqdimat keçirilib. Təqdimatda Özbəkistanın və Azərbaycanın mədəniyyət nazirləri və səfirləri iştirak edib”.
Xatırladaq ki, səfir P.Bülbüloğlu Moskvada uzunmüddətli diplomatik fəaliyyətini başa vurub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net