10 Oktyabr 2022, 09:11
Sumqayıt-Bakı qatarının sərnişini huşunu itirib
Sumqayıt-Bakı qatarının sərnişini huşunu itirib şəkil
Sumqayıt-Bakı qatarının sərnişini huşunu itirib

Bu gün saat 08:00-da Sumqayıtdan Bakıya gələn sürət elektrik qatarındakı sərnişinlərdən biri huşunu itirib.

"Operativ Media" xəbər verir ki, hadisəyə səbəb vaqonlardakı sıxlıq olub.

20-25 yaşlarında olan sərnişinin vəziyyəti haqqında məlumat vermək və ona ilk tibbi yardım etmək üçün maşinistlə əlaqə saxlanılmasına cəhd edilsə də, sıxlıqdan bu, mümkün olmayıb. Qatarda olan polis əməkdaşının göstərişi ilə sıxlığı azaltmaq üçün sərnişinlərin bir qismi adi sinif vaqondan biznes sinifi vaqonuna keçirilib. Bundan bir qədər sonra isə huşunu itirmiş sərnişin özünə gəlib.

Həmin vaqonda daha bir sərnişinin isə ürəyi sıxılıb, amma o, huşunu itirməyib. Vətəndaşa dərhal ilkin tibbi yardım göstərilib.

Son xəbərlər
Donald Tramp ABŞ-də fövqəladə vəziyyət elan edə bilər
Azərbaycanlı MMA döyüşçüsü yeni təşkilatla anlaşdı
Qəbələdə dağlıq-meşəlik ərazidə yanğın baş verib
 Türkiyə parlamentinin sədri 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
İqtisadiyyat Nazirliyinin kollektivi Şəhidlər Xiyabanını ziyarət edib
İran XİN başçısının ABŞ-yə səfəri təxirə salınıb
Türkiyə MN 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
XİN: Eritreyada saxlanılan gəmilərimizlə bağlı qarşı tərəflə danışıqlar davam edir