Menyu

Putin: Durovla Bakıda görüşməmişəm, onun orada olduğunu da bilmirdim

Putin: Durovla Bakıda görüşməmişəm, onun orada olduğunu da bilmirdim

Durovun heç Bakıda olduğunu bilmirdim. Onunla Bakıda niyə görüşməliydim ki?!

"Operativ Media" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Vladivostok iqtisadi forumunun plenar iclasında çıxışında bildirib.

Putin Durovla Bakıda görüşmədiyini söyləyib. Qeyd edib ki, Teleqram rəhbəri ilə uzun illər öncə Moskvada, Kremldə görüşüb:

" O vaxtdan bəri biz bir-birimizi görməmişik və əlaqə saxlamamışıq. Niyə onunla görüşməliyəm? Onun Bakıda olduğunu da bilmirdim. Əgər o, mənimlə görüşmək istəyirdisə, biz Moskvada görüşə bilərdik", - deyə Rusiya prezidenti vurğulayıb.

Teqlər:

"Putin: Durovla Bak\u0131da g\u00f6r\u00fc\u015fm\u0259mi\u015f\u0259m onun orada oldu\u011funu da bilmirdim"

Əlaqəli Xəbərlər