Rusiya ABŞ-də keçirilən prezident seçkilərində Kamala Harrisi dəstəkləyəcək.
"Operativ Media" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Vladivostok İqtisadi Forumunun plenar iclasında çıxışında bildirib.
Onun sözlərinə görə, ABŞ-də prezidentlik yarışında Rusiyanın favoriti Co Bayden olub: "Demişdim ki, bizim favoritimiz belə demək mümkünsə, indiki prezident cənab Bayden idi. O, yarışdan kənarlaşdırıldı, lakin bütün tərəfdarlarını xanım Harrisi dəstəkləməyə təşviq etdi. Ona görə də biz də bunu edəcəyik, ona dəstək olacağıq", - deyə Rusiya Prezidenti vurğulayıb.