Bomba xəbərdarlığı səbəbindən təyyarə Türkiyədə məcburi eniş edib
Əsəd Abbaslı
Hindistanın Mumbay şəhərindən Almaniyanın Münhen şəhərinə uçan sərnişin təyyarəsində bomba olduğu barədə xəbər gəlib.
"Operativ Media" xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.
Hindistan təyyarəsinə bomba təhdidi edilib. Mumbaydan Almaniyanın Münhen şəhərinə uçan Vistara Hava Yollarına məxsus sərnişin təyyarəsi Ərzurumda məcburi eniş edib.
Məlumata görə Ərzurum hava sahəsinin uçuşlara bağlı olduğu bildirilir.
Təyyarədə 247 sərnişin olub, pilotun tələbi ilə bütün sərnişinlər təyyarədən endirilib.
Bomba zərərsizləşdirmə mütəxəssislərinin təyyarəyə daxil olduğunu və axtarış aparıldığı açıqlanıb