Menyu

Kanada Ukraynaya 80 mindən çox raket mühərriki göndərəcək

Əsəd Abbaslı
Kanada Ukraynaya 80 mindən çox raket mühərriki göndərəcək

Kanada Ukraynaya CRV-7 idarə olunmayan təyyarə raketləri üçün 80,8 mindən çox mühərrik, o cümlədən Kanada Silahlı Qüvvələri tərəfindən əvvəllər istismardan çıxarılanlar və onlar üçün 1,3 min döyüş başlığı verəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə Şimali Amerika ölkəsinin milli müdafiə naziri Uilyam Bleyerin bəyanatında deyilir.

Bundan əlavə, Ottava Kiyevə 970 pulemyot və 10,5 min tapança, həmçinin Kanada ordusu tərəfindən istismardan çıxarılan M113 və Coyote LAV zirehli transportyorlarının hissələri təhvil verəcək.

Qeyd olunur ki, bu yardımın partiyası artıq göndərilməyə hazırlanır və Polşa vasitəsilə Ukraynaya çatdırılacaq.

Teqlər:

"Kanada Ukraynaya 80 mind\u0259n \u00e7ox raket m\u00fch\u0259rriki g\u00f6nd\u0259r\u0259c\u0259k"

Əlaqəli Xəbərlər