http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Keniyada internatda yanğından sonra 3 günlük milli matəm elan edilib

07 Sentyabr 2024 , 16:27
Keniyada internatda yanğından sonra 3 günlük milli matəm elan edilib

Keniya Prezidenti Vilyam Ruto ölkənin mərkəzində, internat məktəbində baş verən yanğın zamanı azı 17 uşağın ölümündən sonra 3 günlük milli matəm elan edib.

"Operativ Media"xəbər verir ki, ağır yaralanan 16 nəfər isə xəstəxanadadır. 

“Elektrik kəsildi və birdən oğlanlar yataqxanasında yanğın başladı. Gecə idi, uşaqların çoxu yatmışdı. Həyəcan siqnalı verildi, lakin çoxu bunu eşitmədiyi üçün uşaqların təxliyəsi çox xaotik keçdi. Bu, çox kədərlidir, ürəyimizi parçalayır”,- deyə məktəbin müəllimi Jozaya Mvanqi baş verənləri danışarkən söyləyib. 

Milli Valideynlər Assosiasiyasının prezidenti Silas David Obuadsa ölkədəki internat məktəblərinin keyfiyyətini pisləyərək, bəzi məktəblərdə həbsxanaya bənzəyən yataqxanaların olduğunu, pəncərələrə dəmir tor çəkildiyini, eləcə də qapıların bayırdan bağlandığını bildirib. O, belə yataqxanalarda yanğın zamanı çıxışların olmadığını və ağır nəticələr verdiyini vurğulayıb. 

Bildirilir ki, yanğının baş verdiyi oğlan yataqxanasında 150-dən çox məktəbli olub və onlardan 70-i hələ də tapılmayıb. 

Qeyd edək ki, Keniya artıq oxşar faciələrlə dəfələrlə üzləşib. 2017-ci ildə Nayrobidəki Moi Qızlar Liseyində baş verən yanğında 10 şagirdin, 2001-ci ildə ölkənin cənub-qərbində yerləşən Maçakos rayonundakı yataqxanada baş verən yanğında isə 67 uşağın həlak olduğu bildirilir.

OXŞAR XƏBƏRLƏR
Trampa ikinci sui-qəsd cəhdində şübhəli bilinən şəxs  ittiham edilib

Trampa ikinci sui-qəsd cəhdində şübhəli bilinən şəxs ittiham edilib

İsrail Hizbullahla məsələni hərbi yolla həll etmək məcburiyyətində qalacağını bildirib

İsrail Hizbullahla məsələni hərbi yolla həll etmək məcburiyyətində qalacağını bildirib

İran Rusiyaya raket tədarükünü rədd edir

İran Rusiyaya raket tədarükünü rədd edir

XƏBƏR LENTİ
  • 19:39

    Trampa ikinci sui-qəsd cəhdində şübhəli bilinən şəxs ittiham edilib
  • 19:28

    Parlament seçki nəticələrinin təsdiqi üçün sənədlər Konstitusiya Məhkəməsinə təqdim edilib
    Parlament seçki nəticələrinin təsdiqi üçün sənədlər Konstitusiya Məhkəməsinə təqdim edilib
  • 19:26

    Hakimlər Komitəsinin sədri "Sabah" - "Turan Tovuz" oyunu bağlı açıqlama verdi
  • 19:23

    İsrail Hizbullahla məsələni hərbi yolla həll etmək məcburiyyətində qalacağını bildirib
  • 19:11

    Müdafiə Nazirliyində fotoqraf Reza Deqatinin iştirakı ilə master-klas keçirilib
  • 19:05

    İran Rusiyaya raket tədarükünü rədd edir
  • 19:01

    Kursk vilayəti üzərində Ukrayna raketi vurulub
  • 18:57

    Blinken: ABŞ Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunması üçün səylərini əsirgəməyəcək
Menyu