http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 17 ° C

İran heç vaxt Rusiya və Ukrayna konfliktinin bir hissəsi olmayıb

08 Sentyabr 2024 , 11:22
İran heç vaxt Rusiya və Ukrayna konfliktinin bir hissəsi olmayıb

İran heç vaxt Rusiya və Ukrayna arasındakı konfliktin bir hissəsi olmayıb.

"Operativ Media" xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani İranın Rusiyaya ballistik raketlər göndərməsinə dair verilən sorğuya cavab olaraq bildirib.

Onun sözlərinə görə, İran müharibəyə qarşı olduğunu bildirməklə yanaşı Rusiya və Ukrayna arasında anlaşılmazlıqların həll olunması və hərbi qarşıdurmalara son qoyulması üçün diplomatik həll yolunu dəstəkləyir.

Kənani bildirib ki, İran Ukrayna böhranının əvvəlindən hərbi qarşıdurmanın bir hissəsi olmayıb və onun davam etməsini istəməyib.

“Ukrayna böhranı ilə əlaqədar İranın elan olunan prinsipial siyasəti dəyişilməz olaraq qalıb. Rusiyaya ballistik raketlərin göndərilməsinə dair iddianın təkrarlanması bəzi Qərb ölkələrinin siyasi məqsədləri əsasında baş verir və tamamilə əsassızdır”, - deyə o qeyd edib.

İran XİN rəsmisi qeyd edib ki, İran və Rusiyanın normal hərbi əməkdaşlığı Ukrayna müharibəsinin başlanmasından daha uzun tarixə sahibdir. Bu əməkdaşlıq ikitərəfli anlaşma, beynəlxalq hüquq və normalara əsaslanır və Ukrayna böhranı ilə əlaqəsi yoxdur.

OXŞAR XƏBƏRLƏR
Ukraynanın ən qaynar nöqtəsi açıqlanıb

Ukraynanın ən qaynar nöqtəsi açıqlanıb

Gürcüstan-Rusiya sərhədində məhdudiyyətlər tətbiq ediləcək

Gürcüstan-Rusiya sərhədində məhdudiyyətlər tətbiq ediləcək

Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək

Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək

XƏBƏR LENTİ
  • 00:13

    Miller: ABŞ Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü təşkil etməklə dəstəkləməyə hazırdır
    Miller: ABŞ Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü təşkil etməklə dəstəkləməyə hazırdır
  • Dünən
    23:31

    Özbəkistan Cüdo Federasiyasının prezidenti Bakıya gəlib
  • Dünən
    22:54

    Ukraynanın ən qaynar nöqtəsi açıqlanıb
  • Dünən
    22:31

    Gürcüstan-Rusiya sərhədində məhdudiyyətlər tətbiq ediləcək
  • Dünən
    22:01

    Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək
  • Dünən
    21:40

    ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb
  • Dünən
    21:33

    Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb
  • Dünən
    21:00

    "Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi
Menyu