Türkiyə Silahlı Qüvvələri 16 PKK/YPG terrorçusunu zərərsizləşdirib
Əsəd Abbaslı
Suriya və İraqın şimalında 16 PKK/YPG terrorçusu zərərsizləşdirilib.
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında “Fərat qalxanı” və “Zeytun budağı” bölgələrində 15 PKK/YPG terrorçusunu, İraqın şimalında Qəndil bölgəsində 1 PKK terrorçusunu zərərsizləşdirib.