Menyu

Qazaxıstanda qidadan zəhərlənmə ilə xəstəxanalara müraciət edənlərin sayı 300-ə çatıb - YENİLƏNİB

Əsəd Abbaslı
Qazaxıstanda qidadan zəhərlənmə ilə xəstəxanalara müraciət edənlərin sayı 300-ə çatıb - YENİLƏNİB

Qazaxıstanın cənub-qərbindəki Manqistau vilayətinin Beşşoki kəndində qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanalara müraciət edənlərin sayı 300-ə çatıb.

"Operativ Media" xəbər verir ki, bu barədə "lada.kz" regional portalı məlumat yayıb.

Bildirilib ki, hazırda 222 uşaq evdə, 67 uşaq xəstəxanada, 2-si reanimasiyada müalicə alır.

18:12

Qazaxıstanın Manqistau vilayətində məktəblilər arasında kütləvi zəhərlənmə halı qeydə alınıb.

“Operativ Media" xəbər verir ki, bu barədə ölkənin yerli Regional Səhiyyə İdarəsi məlumat yayıb.

Belə ki, sentyabrın 6-sı axşam saatlarında Munaylı rayonundakı 8 saylı məktəbin şagirdləri zəhərlənmə şikayəti ilə xəstəxanaya yerləşdirilib:

“Kütləvi zəhərlənmə faktı ilə bağlı regionda xüsusi qərargah yaradılıb. 82 şagirdin ambulator, 16-nın isə stasionar şəkildə müalicəsi davam edir. Hadisədən ümumilikdə 141 nəfər zərər çəkib. İstintaq başlayıb”, - məlumatda deyilir.

İlkin ehtimala görə, şagirdlər qidadan zəhərlənib. Hadisənin səbəbləri araşdırılır.

Teqlər:

"Qazax\u0131standa qidadan z\u0259h\u0259rl\u0259nm\u0259 il\u0259 x\u0259st\u0259xanalara m\u00fcraci\u0259t ed\u0259nl\u0259rin say\u0131 300-\u0259 \u00e7at\u0131b - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər