Menyu

Ermənistan parlamentinin sədri ölkənin KTMT-dən çıxmasını istisna etməyib

Nərmin Qocamanlı
Ermənistan parlamentinin sədri ölkənin KTMT-dən çıxmasını istisna etməyib
1 dəq oxu

Ermənistan KTMT-dən çıxa bilər, bu ehtimalı da istisna etmək olmaz.

"Operativ Media" xəbər verir ki, bu barədə parlamentin spikeri Alen Simonyan brifinqdə bildirib.

Bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə ölkənin təşkilatda iştirakını dondurduğunu, həmçinin “2 KTMT üzvü ölkəsinin Ermənistana qarşı müharibə hazırladığını” iddia edib. Jurnalistin bu ölkələrin adlarını çəkməyə hazır olub-olmadığını soruşduqda Ermənistanın baş naziri bunu yersiz hesab etdiyini bildirib.

Əlaqəli Xəbərlər