Menyu

Gürcüstanda xarici agentləri maliyyələşdirmək üçün fond yaradılacaq

Nərmin Qocamanlı
Gürcüstanda xarici agentləri maliyyələşdirmək üçün fond yaradılacaq
1 dəq oxu

Gürcüstan hakimiyyəti xarici agentlərin reyestrində qeydiyyatdan keçmiş qeyri-hökumət təşkilatlarını maliyyələşdirmək üçün fond yaradacaq.

"Operativ Media" xəbər verir ki, bunu Baş nazir İrakli Kobaxidze jurnalistlərə bildirib.

"Konkret donorlar reyestrdə qeydiyyatdan keçsələr, bir çox qeyri-hökumət təşkilatlarını maliyyələşdirməyi dayandıracaqları ilə hədələyirlər. Bunun fonunda biz Gürcüstan QHT-ləri üçün dövlət büdcəsindən maliyyələşəcək qrant proqramı yaratmaq qərarına gəldik", - Kobaxidze deyib.

Əlaqəli Xəbərlər