Menyu

Avropa Komissiyasının vitse-prezidenti İrəvana gedib

Avropa Komissiyasının vitse-prezidenti İrəvana gedib

Avropa Komissiyasının (AK) vitse-prezidenti Marqaritis Şinas İrəvana gedib.

"Operativ Media" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə məlumatı Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqos açıqlayıb.

Onun sözlərinə görə, AK-nın vitse-prezidenti Ermənistan prezidenti Vaaqn Xaçaturyan, baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla danışıqlar aparacaq. Danışıqlar zamanı Avropa-Ermənistan tərəfdaşlığının gücləndirilməsi, həmçinin Avropa və Ermənistan arasında viza rejiminin liberallaşdırılması ilə bağlı dialoqun başlanması məsələsi müzakirə olunacaq.

Teqlər:

"Avropa Komissiyas\u0131n\u0131n vitse-prezidenti \u0130r\u0259vana gedib"

Əlaqəli Xəbərlər