Menyu

45-ci Şahmat Olimpiadası start götürür

Əziz Əzizli
45-ci Şahmat Olimpiadası start götürür

Bu gün Macarıstanın paytaxtı Budapeştdə 45-ci Ümumdünya Şahmat Olimpiadasının açılış mərasimi keçiriləcək.

"Operativ Media" xəbər verir ki, Olimpiadada kişilərin mübarizəsində 197, qadınların yarışında isə 184 ölkənin komandası mübarizə aparacaq.

Kişi şahmatçılardan ibarət Azərbaycan milli komandasında Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı çıxış edəcək. Kapitan kimi Teymur Rəcəbov komandaya kömək edəcək. Kişi şahmatçılardan ibarət komanda reytinqə əsasən 12-ci pillədədi.

Qadın şahmatçılardan ibarət milli komandada isə Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova medallar uğrunda mübarizə aparacaqlar. Kapitan Mixail Şereşevski olacaq. Komanda reytinqə əsasən 6-cı yerdədi.

Qeyd edək ki, Şahmat Olimpiadası sentyabrın 23-dək davam edəcək. Yarışda ilk turun partiyaları sentyabrın 11-də keçiriləcək.

Teqlər:

"45-ci \u015eahmat Olimpiadas\u0131 start g\u00f6t\u00fcr\u00fcr"

Əlaqəli Xəbərlər