Menyu

Vyetnamın şimalında "Yagi" qasırğası nəticəsində ölənlərin sayı 127-yə çatıb

Əsəd Abbaslı
Vyetnamın şimalında "Yagi" qasırğası nəticəsində ölənlərin sayı 127-yə çatıb

Vyetnamın bəzi şimal əyalətlərində "Yagi" tayfunundan sonra baş verən güclü daşqınlar nəticəsində azı 127 nəfər ölüb, 50-dən çox insan itkin düşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə “VnExpress” xəbər portalı məlumat yayıb.

Şimal bölgəsinin yaşayış məntəqələrində 127 nəfər ölüb, 54 nəfər itkin düşüb. Təbii fəlakət nəticəsində müxtəlif xəsarət alanların sayı, son məlumatlara görə, 750 nəfəri ötüb.

Fövqəladə hallar xidmətləri Vyetnamın şimal bölgəsində təbii fəlakət nəticəsində xeyli maddi ziyan vurduğunu bildirir.

Müdafiə və ictimai təhlükəsizlik nazirliklərinin funksional bölmələrinə təbii fəlakətdən zərər çəkmiş yaşayış məntəqələri ilə ərzaq, təmiz su və ilkin tələbat mallarının təcili çatdırılması üçün tədbirləri əlaqələndirmək tapşırılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər