"Operativ Media" xəbər verir ki, BMT-nin sözçüsü İsrailin Əl-Məvasi bölgəsinə hücumu ilə bağlı Quterreşin bəyanatını çatdırıb.
Buna uyğun olaraq, Quterreş Qəzzada davam edən can itkisindən dərin narahat olduğunu bildirib.
Quterreş İsrail ordusunun Xan Yunusda "təhlükəsiz" olduğu iddia edilən Əl-Məvasidə köçkün mülki şəxslərin qaldığı çadırlara hücumunu şiddətlə qınayıb və "Əhalinin sıx olduğu bölgələrdə ağır silahların istifadəsi qəbuledilməzdir", - deyə bildirib.