Menyu

"Qarabağ" 18 pillə gerilədi

Əziz Əzizli
"Qarabağ" 18 pillə gerilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların sentyabr ayı üçün reytinqini açıqlayıb.

"Operativ Media" xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ”da geriləmə müşahidə edilib. Ağdam təmsilçisi 34-cü pillədən 52-ci yerə qədər geriləyib. Qurban Qurbanovun kollektivinin aktivində 182,75 xal var.

Digər klublarımızdan “Zirə” (91,25) 211-ci, “Sabah” (59) 428-ci, “Neftçi” (53,5) isə 482-ci sıradadır.

Ümumilikdə 502 klubun yer aldığı cədvələ İspaniya təmsilçisi “Real” (403 xal) başçılıq edir.

Teqlər:

"\"Qaraba\u011f\" 18 pill\u0259 geril\u0259di"

Əlaqəli Xəbərlər