Rusiya Aİ-də dondurulmuş aktivlərlə bağlı məhkəməni uduzub
Əsəd Abbaslı
Avropa İttifaqının Ədalət Məhkəməsi Rusiya Milli Depozitarisinə qarşı sanksiyaları ləğv etməkdən imtina edib.
"Operativ Media" xəbər verir ki, Avropa Məhkəməsi Rusiyanın Milli Hesablaşma Depozitarının (NSD) Avropa İttifaqının 2022-ci ildə Rusiya aktivlərinə tətbiq etdiyi sanksiyaların ləğvi ilə bağlı müraciətini rədd edib.
Məhdudiyyətlər NSD-nin Rusiyanın Ukraynaya təcavüzünün maliyyələşdirilməsində oynadığı rola görə qoyulub.
Xüsusilə, hakimlər hesab edirlər ki, NSD Avropa İttifaqını “Rusiya Federasiyasının maliyyə sisteminin fəaliyyətində mühüm rol oynayan sistem əhəmiyyətli maliyyə institutu” kimi müəyyən etməklə səhv etdiyini “sübut edə bilmədi”.
Qeyd olunur ki, bu qərardan hələ də Aİ-nin ali məhkəməsinə şikayət etmək olar.