Zelenski: Rusiyada İrana məxsus hücum pilotsuz təyyarələrinin istehsalı üçün bazalar çoxdan var
Əsəd Abbaslı
Tərəfdaşımız olan ölkələrin kəşfiyyat xidmətləri İranın Rusiyaya ötürdüyü ballistik raketlərin miqdarı ilə bağlı mətbuatda dərc olunan xəbərlərdən daha çox məlumat veriblər.
"Operativ Media" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Kiyevdə keçirilən mətbuat konfransında bildirib.
O, qeyd edib ki, raketlərdən istifadə yalnız sübutlar olarsa, təsdiq ediləcək: "Həmin raketlər istifadə edildiyi halda sübutlar ortaya çıxacaq. Necə ki, həm Şimali Koreyanın artilleriya mərmilərinin, həm İranın pilotsuz uçuş aparatlarının istifadə edilməsi ilə bağlı sübutlar var. Rusiya ərazisində İrana məxsus hücum pilotsuz təyyarələrinin yığılması və istehsalı üçün bazalar isə çoxdan var".
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net