Gürcüstanın Baş naziri: Biz onların istəyi ilə ikinci cəbhəni açmalı idik
Əsəd Abbaslı
Ukrayna ilə Gürcüstan arasında baş verənlər ikitərəfli münasibətlərimizin inkişafına töhfə vermir.
"Operativ Media"xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstan-Ukrayna münasibətlərini şərh edərkən deyib.
Onun sözlərinə görə, Gürcüstan öz səfirini Ukraynadan geri çağırmayıb və Ukrayna səfirini ölkədən çıxarmayıb.
“Rəsmi Kiyev isə öz səfirini geri çağırıb. Bunun da əsas iki səbəbi var. İlk növbədə bu, Rusiyaya qarşı sanksiyalar tətbiq etmədiyimizə və Ukraynaya hərbi könüllülər göndərmədiyimizə görədir. Biz onların istəyi ilə ikinci cəbhəni açmalı idik, amma açmadıq. Bu da onların xoşuna gəlmədi. Bundan sonra da olanlar münasibətlərimizin inkişafına töhfə vermədi. Bu, Ukrayna hakimiyyətinin qərarıdır”, - deyə İrakli Kobaxidze vurğulayıb.
Teqlər:
"G\u00fcrc\u00fcstan\u0131n Ba\u015f naziri: Biz onlar\u0131n ist\u0259yi il\u0259 ikinci c\u0259bh\u0259ni a\u00e7mal\u0131 idik"