Menyu

Blinken: Putin İranın ballistik raketləri ilə öz təcavüzünün əhatə dairəsini genişləndirir

Əsəd Abbaslı
Blinken: Putin İranın ballistik raketləri ilə öz təcavüzünün əhatə dairəsini genişləndirir

Rusiya İrandan ballistik raketlər aldığı üçün ABŞ təcili olaraq Ukraynanın hava hücumundan müdafiə sistemini gücləndirməyə çalışır.

"Operativ Media" xəbər verir ki, UNİAN-ın müxbirinin verdiyi məlumata görə, bunu ABŞ dövlət katibi Antoni Blinken Kiyevdə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və Böyük Britaniyanın xarici işlər üzrə dövlət katibi Devid Lemmi ilə birgə mətbuat konfransında deyib.

ABŞ dövlət katibi qeyd edib ki, Ukrayna Rusiyadan hücumların genişlənməsi səbəbindən çətin an yaşayır. Blinkenin dediyi kimi, Ukrayna şəhərləri, vətəndaşları və infrastrukturu dəhşətli vəhşilikdən əziyyət çəkir.

"İndi isə Putin İranın ballistik raketlərini əldə etməklə öz təcavüzünün əhatə dairəsini daha da genişləndirir. Ona görə də biz təcili olaraq çalışırıq ki, Ukraynanın özünü effektiv müdafiə etmək ehtiyaclarını qarşılamağa davam edək", - Blinken bildirib.

Teqlər:

"Blinken: Putin \u0130ran\u0131n ballistik raketl\u0259ri il\u0259 \u00f6z t\u0259cav\u00fcz\u00fcn\u00fcn \u0259hat\u0259 dair\u0259sini geni\u015fl\u0259ndirir"

Əlaqəli Xəbərlər