Menyu

İrəvan, Hindistanın ATAGS artilleriya sistemlərinin yeni partiyasını almağa maraqlıdır

Nərmin Qocamanlı
İrəvan, Hindistanın ATAGS artilleriya sistemlərinin yeni partiyasını almağa maraqlıdır

İrəvan, Hindistanın istehsal etdiyi 155mm ATAGS artilleriya sistemlərini almağa maraqlı olduğunu bildirib.

"Operativ Media" xəbər verir kli, bunu Hindistanın Manohar Parrikar Müdafiə Araşdırmaları və Təhlil İnstitutunun Baş Direktorunun müavini Sujan Chinoy erməni mediasına bildirib.

Chinoy, ATAGS sistemlərinin Hindistanda yüksək manevr qabiliyyəti ilə istehsal edildiyini və uğurlu nəticələr verdiyini vurğulayıb. O, Ermənistanın bu sistemlərdən bir neçə ədəd aldığını və məmnun qaldığını qeyd edib.

Bundan əlavə, Hindistan artıq İrəvana 40 milyon dollar dəyərində Swathi radar sistemləri ixrac edib. Chinoy, Ermənistanın eyni zamanda təxminən 250 milyon dollar dəyərində Pinaka çoxbarrelli raket buraxanlarına da maraq göstərdiyini bildirib. O, İrəvan və Dehli arasında hərbi texnologiyalar, xüsusən də startaplar sahəsində daha sıx əməkdaşlıq qurulmasının mümkün olduğunu əlavə edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər