Menyu

ABŞ Çin qurumlarına sanksiyalar tətbiq edib

Əsəd Abbaslı
ABŞ Çin qurumlarına sanksiyalar tətbiq edib

ABŞ ballistik raketlərin hazırlanması ilə bağlı avadanlıq və texnologiyanı Pakistana ötürdükləri iddiası ilə Çin qurumlarına sanksiyalar tətbiq edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller yazılı açıqlamasında bildirib.

Onun sözlərinə görə, Amerikanın xarici siyasət idarəsi ballistik raketlərin və raketlə bağlı avadanlıqların, habelə tənzimlənən texnologiyaların yayılmasında iştirak edən beş quruma və bir fiziki şəxsə qarşı tədbirlər görür.

Məlumata görə, sanksiyalar Çinin “Hubei Huachangda Intelligent Equipment Company”, “Universal Enterprise Limited” və “Lontek” firmalarına, eləcə də Çində maşınqayırma sahəsində avtomatlaşdırma ilə məşğul olan instituta qarşı tətbiq edilir.

Bundan əlavə, Dövlət Departamentinin məlumatına görə, Pakistanda “Innovative Equipment” şirkətinə qarşı məhdudiyyətlər tətbiq edilir.

Teqlər:

"AB\u015e \u00c7in qurumlar\u0131na sanksiyalar t\u0259tbiq edib"

Əlaqəli Xəbərlər