Zaxarova: Rusiya təyyarələrinin Ukraynaya verilməsi düşmən addımdır
Əsəd Abbaslı
Moskva Lissabonun 6 rus yanğınsöndürmə vertolyotunu Kiyevə təhvil verməsini Rusiya-Portuqaliya münasibətlərindəki böhranı daha da dərinləşdirəcək düşmənçilik addımı kimi qiymətləndirir.
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın şərhində deyilir.
“Biz bu təyyarənin Kiyev rejiminə verilməsi faktını kollektiv Qərbin Rusiyaya qarşı hibrid müharibə aparmaq və Ukraynada münaqişəni uzatmaq kimi cinayətkar kursuna uyğun olaraq ölkəmizə qarşı növbəti düşmən addımı kimi qiymətləndiririk”, - diplomat qeyd edib.
Zaxarovanın sözlərinə görə, bu yolla Lissabon “öz müttəfiq qeyrətini və xaricdəki kuratorlarının avropalılara tətbiq etdiyi trayektoriyaya itaətkarlıqla bağlılığını sədaqətlə nümayiş etdirməyə çalışır”.
Bundan əvvəl Portuqaliya hakimiyyəti altı Rusiya yanğınsöndürmə helikopterinin Ukraynaya təhvil verilməsi prosesinin başa çatdığını elan edib.
Teqlər:
"Zaxarova: Rusiya t\u0259yyar\u0259l\u0259rinin Ukraynaya verilm\u0259si d\u00fc\u015fm\u0259n add\u0131md\u0131r"