Con Kirbi: Ağ Ev Rusiyanın təhdidlərini ciddi qəbul edir
Əsəd Abbaslı
ABŞ Rusiyaya qarşı dərin zərbələrlə bağlı mövqeyini hələ də dəyişməyib.
"Operativ Media" xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının sədri Con Kirbi jurnalistlərə bildirib.
Bu gün ABŞ prezidenti Co Bayden Böyük Britaniyanın baş naziri Key Starmerlə görüşməyi planlaşdırır. Kirbi görüşün ABŞ-ın Ukraynanın raketlərdən istifadəsinə dair siyasətində dəyişiklik elanı ilə nəticələnəcəyini gözləməyi tövsiyə edir.
"Ukraynanın Rusiya daxilində uzaqmənzilli zərbə imkanları ilə təmin edilməsi ilə bağlı baxışımızda heç bir dəyişiklik yoxdur. Bu məsələ ilə bağlı ciddi açıqlama gözləməzdim", - Kirbi bildirib.
Kirbi həmçinin bildirib ki, ABŞ Rusiya prezidenti Vladimir Putinin Ukraynanın Rusiyaya Qərb istehsalı olan uzaqmənzilli raketlər atacağı təqdirdə Qərbi birbaşa münaqişəyə cəlb edəcəyi barədə xəbərdarlığını ciddi qəbul edib.
Lakin Kirbi onu da etiraf edir ki, Rusiya ilk dəfə deyil ki, belə bir şey səsləndirir.
Teqlər:
"Con Kirbi: A\u011f Ev Rusiyan\u0131n t\u0259hdidl\u0259rini ciddi q\u0259bul edir"