Menyu

ABŞ Dmitri Kiselevə qarşı sanksiya tətbiq edib

Əsəd Abbaslı
ABŞ Dmitri Kiselevə qarşı sanksiya tətbiq edib
1 dəq oxu

ABŞ Maliyyə Nazirliyi “Rossiya Seqodnya” media qrupuna və onun baş direktoru Dmitri Kisilevə, həmçinin “TV-Novosti” və “Avrasiya” QHT-yə qarşı sanksiyalar tətbiq edib.

"Operativ Media" xəbər verir ki, bu barədə maliyyə idarəsinin yazılı açıqlamasında bildirilir.

Agentlik, həmçinin əvvəllər qadağan edilmiş “Rusiya Federasiyası ilə əlaqəli telekommunikasiyaların qəbulu və ya ötürülməsi üçün ümumiyyətlə əlaqəli və zəruri olan bəzi əməliyyatlara icazə vermək üçün” ümumi lisenziyanı yeniləyib. Yenilənmiş lisenziya bu sahədə “Rossiya Seqodnya” və “TV-Novosti” ilə əməliyyatları istisna edir.

Qeyd edək ki, “Avrasiya” QHT-nin direktoru Nelli Parutenkoya da məhdudiyyətlər qoyulub.

Əlaqəli Xəbərlər