Menyu

Energetika naziri TDT enerji nazirlərinin 4-cü iclasında iştirak edəcək

Əsəd Abbaslı
Energetika naziri TDT enerji nazirlərinin 4-cü iclasında iştirak edəcək

Energetika naziri Pərviz Şahbazov sentyabrın 16-da Qırğız Respublikasının paytaxtı Bişkekdə keçiriləcək Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin energetika nazirlərinin 4-cü iclasında iştirak edəcək.

Bu barədə "Operativ Media"a Energetika Nazirliyindən bildirilib.

İclasda TDT-yə üzv və müşahidəçi ölkələr arasında energetika sahəsində qarşılıqlı fəaliyyət və “TDT-nin Enerji Əməkdaşlığı üzrə Proqramı (2023-2027)” sənədi ilə bağlı müzakirələrin aparılacağı gözlənilir.

Səfər çərçivəsində nazirin ikitərəfli görüşlərinin keçirilməsi də nəzərdə tutulur.

Teqlər:

"Energetika naziri TDT enerji nazirl\u0259rinin 4-c\u00fc iclas\u0131nda i\u015ftirak ed\u0259c\u0259k"

Əlaqəli Xəbərlər