Menyu

Goranboyda ev yanıb, bir nəfər xəsarət alıb

Əsəd Abbaslı
Goranboyda ev yanıb, bir nəfər xəsarət alıb
1 dəq oxu

Goranboy rayonunun Veyisli kəndində ümumi sahəsi 95 m² olan kürsülü, birmərtəbəli 2 otaqlı evin mətbəxinin yanar konstruksiyaları və içərisində olan ev əşyaları 20 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən "Operativ Media"a verilən xəbərə görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlaqəli Xəbərlər