Bakı Metropoliteni: "Yaşıl və Qırmızı xətlərdə qatar buraxılışı maksimuma çıxarılıb"
Nərmin Qocamanlı
Bu gündən Azərbaycanda 2024-2025-ci tədris ili başlanıb. Bu da öz növbəsində metrostansiyalarda sıxlıqlar yaradıb. "Koroğlu", "Memar Əcəmi", "Elmlər Akademiyası" "20 Yanvar" metrostansiyalarından həddən artıq sıxlıq müşahidə edilib. Vətəndaşlar bununla bağlı öz sikayətlərini bildiriblər.
“Bakı Metropoliteni” QSC mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Operativ Media"ya bildirib ki, metroya texniki cəhətdən mümkün ən maksimal həddə qatar xəttə buraxılıb:
"Bu gün Yaşıl və Qırmızı xətlərdə ümumən 46 qatar qrafik üzrə xəttə buraxılıb. Texniki cəhətdən bu, mümkün, ən maksimal həddir. Eyni vaxtda bundan artıq qatarın xəttə buraxılması texniki cəhətdən mümkün deyil", - deyə o bildirib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net