http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 15 ° C

Bu il 5 ton narkotik vasitə dövriyyədən çıxarılıb

16 Sentyabr 2024 , 11:40
Bu il 5 ton narkotik vasitə dövriyyədən çıxarılıb

Bu ilin yanvar-avqust aylarında hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 7170 cinayət faktı aşkarlanıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan bildirilib.

Onlardan 2228-i narkotik vasitələrin qanunsuz satışı, 4736-sı narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 202-si narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 4-ü isə digər cinayətlərlə bağlı olmuşdur.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 5 ton 092 kq 868,748 qr narkotik vasitələrin və psixotrop maddələrin 471 kq 204,959 qr-nı heroin, 4 ton 178 kq 838,75 qr-nı marixuana, 127 kq 993,641 qr-nı tiryək, 30 kq 959,401 qr-nı həşiş, 164 kq 202,097 qr-nı psixotrop maddələr, 119 kq 669,9 qr-nı digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 14768 ədəd metadon, 12621 ədəd çətənə kolu, 44 qr və 240 ədəd güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülmüşdür.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür

Bakının iki rayonunda qaz olmayacaq

Bakının iki rayonunda qaz olmayacaq

Azərbaycandakı xarici diplomatların Kəlbəcər rayonuna səfəri başa çatıb

Azərbaycandakı xarici diplomatların Kəlbəcər rayonuna səfəri başa çatıb

XƏBƏR LENTİ
  • 00:01

    Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
    Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
  • Dünən
    23:18

    Tayvan və Macarıstan Livanda partlayan qurğularla əlaqəni təkzib edib
  • Dünən
    22:58

    UEFA Çempionlar Liqası: Liqa mərhələsinin I turunda daha 2 görüş keçirilib
  • Dünən
    22:33

    Rusiya səfirliyi diplomatların ölkədən çıxarılmasını məntiqli cavab adlandırıb
  • Dünən
    22:26

    Livanda rabitə qurğularında partlayışda ölənlərin sayı 14 nəfərə çatıb - YENİLƏNİB
  • Dünən
    21:54

    Bakının iki rayonunda qaz olmayacaq
  • Dünən
    21:25

    Netanyahu Livandakı hadisələrdən sonra ilk açıq bəyanatını verib
  • Dünən
    21:00

    İsrail BMT Baş Assambleyasının qətnaməsini rədd edib
Menyu