http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Vəkillər Kollegiyası “Vəkildən tələbəyə” layihəsinə start verib

16 Sentyabr 2024 , 16:44
Vəkillər Kollegiyası “Vəkildən tələbəyə” layihəsinə start verib

Vəkillər Kollegiyasının uğurlu layihələrindən hesab olunan “Vəkildən tələbəyə” layihəsi vəkillərin müvafiq sahələrdəki təcrübələrinin tələbələrə ötürmələrinə şərait yaradacaqdır.

Kollegiyadan "Operativ Media"ya verilən məlumata görə, layihənin həyata keçirilməsində əsas məqsəd tələbələrin hüququn müxtəlif sahələrinə uyğun bilik və təcrübələrə yiyələnmələri, onların vəkillik fəaliyyəti ilə, eyni zamanda Vəkillər Kollegiyasının beynəlxalq və milli sferadakı fəaliyyəti, peşəkar hüquqi yardımın göstərilməsində müxtəlif təşkilatlarla əlaqələrin qurulması prosesi ilə tanış olmalarından ibarətdir.

Layihə sayəsində, xüsusən, Vəkillər Kollegiyasının iş prinsipi ilə ətraflı tanış olan tələbələr həm də mövcud məhkəmə praktikası üzrə lazımi biliklərə, eyni zamanda müvafiq praktiki məlumatlara yiyələnəcəklər. Bu layihənin onların gələcək peşə fəaliyyətlərini müəyyən etmələrində xüsusi rolu olacaqdır.

Bununla belə, layihə istiqamətində müxtəlif aktual mövzulara dair uzunmüddətli təlimlərin təşkili Akademiyanın qarşısında duran əsas vəzifələrdəndir. Layihə üzrə təşkil olunması planlaşdırılan təlimlərə təcrübəli hüquqşünaslar, o cümlədən professorlar, hakimlər və vəkillər cəlb ediləcəkdir.

Qeyd edək ki, Vəkillər Kollegiyası ilə respublikamızdakı Hüquq fakültələri olan bütün universitetlər arasında Memorandum imzalanmışdır. Memorandum çərçivəsində universitetlərlə birgə konfranslar, seminarlar təşkil edilir, həmçinin hüquqşünas tələbələr vəkil bürolarında istehsalat təcrübəsi keçirlər.

Eyni zamanda bildirmək istərdik ki, Kollegiya hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır. Belə ki, Vəkillər Kollegiyasının dəstəyi ilə hər il 300-dən çox tələbənin qatıldığı yay və qış hüquq məktəbləri təşkil olunur, yüzlərlə tələbə vəkil qurumlarında təcrübə keçir, o cümlədən onlara fərdi təqaüdlər verilir və hüquq fakültələrinin layihələrinə sponsorluq edilir.

OXŞAR XƏBƏRLƏR
Yalçın Rəfiyev Kiçik Ada Dövlətləri Alyansının nümayəndələri ilə görüşüb

Yalçın Rəfiyev Kiçik Ada Dövlətləri Alyansının nümayəndələri ilə görüşüb

Xocavəndin hərbi komissarı həbs edilib

Xocavəndin hərbi komissarı həbs edilib

Yeraltı və yerüstü suların istismar ehtiyatının müəyyən ediləcəyi tarix açıqlanıb

Yeraltı və yerüstü suların istismar ehtiyatının müəyyən ediləcəyi tarix açıqlanıb

XƏBƏR LENTİ
  • 00:32

    XİN: Terrorçuların “hərbi əsir” kimi qələmə verilməsi qəbuledilməzdir
    XİN: Terrorçuların “hərbi əsir” kimi qələmə verilməsi qəbuledilməzdir
  • Dünən
    23:41

    Zelenski Almaniyanın Prezidenti ilə görüşüb
  • Dünən
    23:33

    Rusiya Aerokosmik Qüvvələri Suriyada silahlıların iki bazasına zərbələr endirib
  • Dünən
    23:16

    “Milton” qasırğası nəticəsində ölənlərin sayı artıb
  • Dünən
    22:59

    Rusiya FHN Ukraynaya məxsus PUA-nın hücumuna məruz qalıb
  • Dünən
    22:47

    Fernandu Santuş: "İlk qolu buraxdıqdan sonra komanda da ruh düşkünlüyü yarandı"
  • Dünən
    22:39

    BMT: İsrailin hücumları bütün beynəlxalq hüquqa əsaslanan nizama təsir edir
  • Dünən
    22:18

    Yalçın Rəfiyev Kiçik Ada Dövlətləri Alyansının nümayəndələri ilə görüşüb
Menyu