http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 14 ° C

Bakıda avtomobillərdən və ödəniş terminalından 14 min manat oğurlayan qardaşlar saxlanılıblar

16 Sentyabr 2024 , 17:47
Bakıda avtomobillərdən və ödəniş terminalından 14 min manat oğurlayan qardaşlar saxlanılıblar

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib. Naməlum şəxslər gecə saatlarında müxtəlif markalı avtomobillərin şüşələrini sındıraraq nəqliyyat vasitələrinin salonlarından pul və digər qiymətli əşyaları talayıblar. 

Daxili İşlər Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməllərini törədən əvvəllər dəfələrlə məhkum olunmuşlar Təhməz Dadaşov və qardaşı Misir Dadaşov müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalarla onların daha üç vətəndaşa məxsus velosipedi oğurladıqları, habelə əlavə olaraq Qaradağ rayonu ərazisində də analoji cinayətlər törətdikləri və ödəniş terminalını yararaq içərisindən 14 min manat vəsaiti ələ keçirdikləri müəyyən olunub. Bu şəxslərin cinayətləri təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Onların digər bu kimi cinayət əməllərində iştiraklarının olub-olmamasının müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür

Bakının iki rayonunda qaz olmayacaq

Bakının iki rayonunda qaz olmayacaq

Azərbaycandakı xarici diplomatların Kəlbəcər rayonuna səfəri başa çatıb

Azərbaycandakı xarici diplomatların Kəlbəcər rayonuna səfəri başa çatıb

XƏBƏR LENTİ
  • 00:01

    Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
    Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
  • Dünən
    23:18

    Tayvan və Macarıstan Livanda partlayan qurğularla əlaqəni təkzib edib
  • Dünən
    22:58

    UEFA Çempionlar Liqası: Liqa mərhələsinin I turunda daha 2 görüş keçirilib
  • Dünən
    22:33

    Rusiya səfirliyi diplomatların ölkədən çıxarılmasını məntiqli cavab adlandırıb
  • Dünən
    22:26

    Livanda rabitə qurğularında partlayışda ölənlərin sayı 14 nəfərə çatıb - YENİLƏNİB
  • Dünən
    21:54

    Bakının iki rayonunda qaz olmayacaq
  • Dünən
    21:25

    Netanyahu Livandakı hadisələrdən sonra ilk açıq bəyanatını verib
  • Dünən
    21:00

    İsrail BMT Baş Assambleyasının qətnaməsini rədd edib
Menyu