http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Müdafiə Nazirliyində fotoqraf Reza Deqatinin iştirakı ilə master-klas keçirilib

16 Sentyabr 2024 , 19:11
Müdafiə Nazirliyində fotoqraf Reza Deqatinin iştirakı ilə master-klas keçirilib

Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində tanınmış azərbaycanlı fotoqraf Reza Deqati ilə görüş keçirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, əvvəlcə R.Deqatiyə Nazirliyin nəşriyyat, multimedia və redaksiya fəaliyyəti barədə geniş məlumat verilib.

Görüşdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük xidmətlər göstərən R.Deqatinin ölkəmizin ən ağır və faciəvi günlərində, taleyüklü anlarında xalqımızın yanında olduğu vurğulanıb. Onun Birinci Qarabağ və Vətən müharibəsi, eləcə də tarixi zəfərdən sonrakı dövrlərdə erməni vandalizmini və terrorçuluğunu ifşa edən fəaliyyətindən, Azərbaycanın təbiətini, adət-ənənələrini və mədəniyyətini təbliğ edən çoxşaxəli işlərindən bəhs edilib.

Müdafiə Nazirliyinin kommunikasiya sahəsində fəaliyyət göstərən bir qrup həyəti ilə fotoqrafiya sənətinə həsr edilmiş master-klas keçirilib.

İştirakçılara foto sənətinin inkişaf mərhələləri, fotoqrafiyanın tarixi, janrları, həmçinin müasir foto avadanlıqların imkanları haqqında məlumat verilib. Fotoqrafiya sənətinin incəliklərindən danışan R.Deqati fotoda əsas məqamlar olan dokumentalizm, həqiqilik, dolğunluq və reallığa diqqət yetirilməsinin vacibliyini xüsusi qeyd edib.
Master-klas iştirakçılarına azərbaycanlı fotoqrafın həyat və yaradıcılığını əks etdirən film təqdim olunub.

Görüş iştirakçılarının çoxsaylı suallarını cavablandıran R.Deqati zəngin xatirələrini bölüşüb.

Tədbirin sonunda Azərbaycan Ordusunun fəaliyyətini, xüsusilə Vətən müharibəsi dövrünü əks etdirən fotosərgiyə baxış keçirilib.
 

OXŞAR XƏBƏRLƏR
Yalçın Rəfiyev Kiçik Ada Dövlətləri Alyansının nümayəndələri ilə görüşüb

Yalçın Rəfiyev Kiçik Ada Dövlətləri Alyansının nümayəndələri ilə görüşüb

Xocavəndin hərbi komissarı həbs edilib

Xocavəndin hərbi komissarı həbs edilib

Yeraltı və yerüstü suların istismar ehtiyatının müəyyən ediləcəyi tarix açıqlanıb

Yeraltı və yerüstü suların istismar ehtiyatının müəyyən ediləcəyi tarix açıqlanıb

XƏBƏR LENTİ
  • 00:32

    XİN: Terrorçuların “hərbi əsir” kimi qələmə verilməsi qəbuledilməzdir
    XİN: Terrorçuların “hərbi əsir” kimi qələmə verilməsi qəbuledilməzdir
  • Dünən
    23:41

    Zelenski Almaniyanın Prezidenti ilə görüşüb
  • Dünən
    23:33

    Rusiya Aerokosmik Qüvvələri Suriyada silahlıların iki bazasına zərbələr endirib
  • Dünən
    23:16

    “Milton” qasırğası nəticəsində ölənlərin sayı artıb
  • Dünən
    22:59

    Rusiya FHN Ukraynaya məxsus PUA-nın hücumuna məruz qalıb
  • Dünən
    22:47

    Fernandu Santuş: "İlk qolu buraxdıqdan sonra komanda da ruh düşkünlüyü yarandı"
  • Dünən
    22:39

    BMT: İsrailin hücumları bütün beynəlxalq hüquqa əsaslanan nizama təsir edir
  • Dünən
    22:18

    Yalçın Rəfiyev Kiçik Ada Dövlətləri Alyansının nümayəndələri ilə görüşüb
Menyu