http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 17 ° C

FHN sürücülərə müraciət edib

17 Sentyabr 2024 , 09:52
FHN sürücülərə müraciət edib

Yay istirahət mövsümünün, xüsusilə məktəblilərin yay tətili günlərinin başa çatması ilə şəhərdaxili avtomobil yollarında sıxlıq müşahidə olunmaqdadır. Belə vəziyyətdə fövqəladə hadisə ünvanına tələsən xüsusi təyinatlı texnikaların, o cümlədən yanğınsöndürən və xilasetmə avtomobillərinin yollarda hərəkəti və hadisə yerinə vaxtında çatması üçün çətinliklər yaranır. Xüsusilə, bəzi sürücülərin hadisə yerinə tələsən yanğınsöndürən və xilasetmə avtomobillərinə yol verməməsi son nəticədə baş vermiş yanğın, qəza və digər hadisələrin nəticələrinin operativ aradan qaldırılması və mümkün zərərin minimuma endirilməsi üçün nəqliyyat vasitələrinin hadisə yerinə vaxtında çatmasına maneə törədir.

Bu barədə "Operativ Media"ya FHN mətbuat xidmətindən məlumat verilib. 

Xatırladırıq ki, belə davranışla həmin sürücülər qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi məsuliyyət daşımaqla yanaşı, yanğın, qəza və digər fövqəladə hadisə ərazisinə vaxtında çatıb hadisənin qarşısının alınması, ən əsası isə təhlükədə olan insan həyatının xilas edilməsi işinə ciddi çətinlik törətməklə həm də mənəvi məsuliyyət daşıyırlar.

Odur ki, hər bir avtonəqliyyat vasitəsi sürücüsü daşıdığı məsuliyyəti dərk edərək operativ nəqliyyat vasitələri olan yanğınsöndürən və xilasetmə avtomobillərinə dərhal yol verməlidir.

OXŞAR XƏBƏRLƏR
Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub

Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür

Bakının iki rayonunda qaz olmayacaq

Bakının iki rayonunda qaz olmayacaq

XƏBƏR LENTİ
  • 07:48

    Zelenski BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edəcək
  • 07:15

    Şahmat Olimpiadası: Azərbaycan milliləri Qazaxıstanla qarşılaşıb
  • 06:56

    ABŞ senatoru Sanders İsrailə silah satışını dayandırmaq üçün qanun layihəsi təqdim edəcək
  • 06:37

    ABŞ İranın vəzifəli şəxslərinə yeni sanksiyalar tətbiq edib
  • 06:07

    ÇL: PSJ qələbə qazandı, "Mançester Siti" heç-heçə etdi
  • 06:01

    Livanda rabitə cihazlarında partlayışlarda ölənlərin sayı 20 nəfərə çatıb, 460 yaralı var - YENİLƏNİB
  • 05:55

    Fransa təhlükəsizlik qüvvələrinin əməkdaşları Yeni Kaledoniyada daha bir nəfəri öldürüb
  • 05:31

    Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
Menyu