Menyu

Mehdiabad qəsəbəsində axtarışda olan 14 nəfər saxlanılıb

Nərmin Qocamanlı
Mehdiabad qəsəbəsində axtarışda olan 14 nəfər saxlanılıb

Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən müxtəlif hüquqpozmalara qarşı sentyabr ayı ərazində həyata keçirilən tədbirlər zamanı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 14 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata  görə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində isə 5 nəfər tutularaq istintaqa təqdim edilib. Onlardan 5 kiloqramdan artıq metamfetamin və marixuana aşkarlanıb.

Əməliyyat yolu ilə 1 nəfərdən “Makarov” markalı tapança aşkarlanıb, profilaktik tədbirlərlə isə vətəndaşlar tərəfindən müvafiq sənədləri olmayan 4 ədəd tüfəng təhvil verilib.

Mülki öhdəlikləri yerinə yetirməyən 29 şəxs müəyyən edilərək aidiyyəti üzrə təhvil verilib. 14 inzibati icraat üzrə talama hadisələri törədən şəxslər barəsində də tədbirlər görülüb. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər