Beyrutda partlayış nəticəsində yaralananların sayı artıb - YENİLƏNİB
Əsəd Abbaslı
Livanın paytaxtı Beyrutun Dahiyə məhəlləsində "Hizbullah" tərəfindən istifadə edilən portativ rabitə qurğularının partlaması nəticəsində ölənlərin sayı 1 500-ə çatıb.
"Operativ Media" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində yaralanan İran səfiri Müctəba Əman xəstəxanaya yerləşdirilib.
Livanın səhiyyə nazirinin səlahiyyətlərini icra edən Firas Abyad bildirib ki, ölkə xəstəxanaları qurbanlarla doludur: “Biz bütün tibb müəssisələrində yüksək hazırlıq elan etmişik”.
F.Abyad qeyd edib ki, yaralıları çatdırmaq üçün 50 təcili yardım maşını səfərbər olunub.
Onun sözlərinə görə, partlayışlar İsrailin təxribatı nəticəsində baş verib.
18:56
Livanın paytaxtı Beyrutun Dahiyə məhəlləsində min nəfər yaralanıb.
"Operativ Media" xəbər verir ki, bu barədə “Röyters” agentliyi məlumat yayıb.
Bildirilib ki, Livanda partlayan rabitə cihazları Hizbullahın son aylarda əldə etdiyi modellərdəndir.